Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycançılıq məktəbidir

0

  •         Heydər Əliyev 1923-cü il mayın 10-da fəhlə ailəsində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, daha sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif vəzifələrdə xidmət etmişdir. 1944-cü ilin mayında isə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. O, 1944-1969-cu illərdə dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışmışdır. 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycan KPMK-nın birinci katibi seçilmişdir. Respublikaya rəhbərlik etdiyi dövrdə idarəçilik möhkəmləndirildi, kadrlara qarşı tələbkarlıq artırıldı və nəticədə sosial-iqtisadi, mədəni sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. O, 1987-ci ilin oktyabr ayında bu vəzifədən öz ərizəsi ilə istefa verdi. 1990-cı ilin iyununda Heydər Əliyev Azərbaycana qayıtdı və ilk əvvəl Bakıda sonra isə Naxçıvanda yaşadı. Heydər Əliyev 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin iqtisadi-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında beynəlxalq əlaqələrdə dönüş yarandı. Heydər Əliyevin Prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. 1995-ci ilin noyabrında Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, 1995-2000-ci illərdə parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, Bələdiyyə seçkiləri haqqında qanunun və bir sıra digər qanunların qəbulu və həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1998-ci il oktyabr ayının 11-də yenidən yüksək səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.       Onun təşəbbüsü ilə 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir. O, 2003-cü ilin oktyabr ayında keçirilən növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş, lakin onun səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdür.
            Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.
          Hal-hazırda onun qoyub getdiyi yolu oğlu Cənab İlham Əliyev uğurla davam etdirir.
    Cəsarət Süleymanov,Xocalı rayon Kosalar kənd tam orta məktəbin Tarix müəllimi 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib52 dəfə
    Ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti azərbaycançılıq məktəbidir

    Maraqlı gələ bilər
    34
    67
    42
    46